Azərbaycanın gənc qızlardan ibarət voleybol millisi ilk oyununu keçirib

Azərbaycanın gənc qızlardan ibarət voleybol millisi ilk oyununu keçirib ​Azərbaycan millisi Rusiyaya məğlub olub
Komanda
13 Yanvar , 2017 18:20
Azərbaycanın gənc qızlardan ibarət voleybol millisi ilk oyununu keçirib

Buxarest. 13 yanvar. REPORT.AZ/ Avropa Çempionatının II seçmə mərhələ oyunlarında iştirak edən Azərbaycanın gənc qızlardan ibarət U-18 voleybol millisi bu gün ilk oyununu keçirib.

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, E qrupunda mübarizə aparan voleybol millimizin rəqibi Rusiya komandası olub.

Rumıniyanın Ploieşti şəhərinin “Olimpiya” idman mərkəzində keçirilən və 55 dəqiqə davam edən görüş Rusiya millisinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:6, 25:5, 25:7). Hər üç set Rusiya millisinin üstünlüyü şəraitində keçib.

Bu qələbədən sonra Rusiya yığmasının 5 xalı var. Onlar ötən gün meydan sahibi Rumıniya millisini 3:2 hesabı ilə məğlub ediblər.

Bu gün keçiriləcək qrupun digər oyununda Portuqaliya və Rumıniya komandaları qarşılaşacaq.

Azərbaycan millisi növbəti oyununu sabah Bakı vaxt ilə saat 17:00-da Portuqaliya komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi