Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub Milli bu gün aktivinə daha 2 medal yazdırıb
Komanda
24 Sentyabr , 2017 20:23
Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub
Foto: judo.az

Bakı. 24 sentyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.

"Report" xəbər verir ki, yarışda əsas heyətlə çıxış etməyən Azərbaycan millisi bu gün aktivinə daha 2 medal yazdırıb.

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb. Beləliklə millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi