Azərbaycanın cüdo komandası Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın cüdo komandası Avropa çempionatında bürünc medal qazanıb Komandamız fəxri kürsünün 3-cü pilləsinə qalxıb
Komanda
24 Aprel , 2016 18:36
Azərbaycanın cüdo komandası Avropa çempionatında bürünc medal qazanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın kişi cüdoçulardan ibarət milli komandası tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, yığma Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında komanda yarışında bürünc medal qazanıb.

İlk rəqib Latviyanı 4:1 hesabı ilə məğlub etdikdən sonra Azərbaycan millisi Polşaya yenilib - 2:3. Bununla belə, təsəlliverici görüşlərdə Yunanıstanı və Fransanı 3:2 hesabı ilə üstələməyi bacaran Peter Zayzenbaxerin baş məşqçi olduğu komanda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Digər "bürünc"ə Polşa sahib çıxıb. Finalda isə Rusiya və Gürcüstan üz-üzə gəlib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Vüqar Şirinli (66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşangi Kokauri, Elxan Məmmədov (hər ikisi +90 kq) mübarizə aparıb. Onlardan Orucov bütün qarşılaşmalarından, Şirinli və Mehdiyev Polşa istisna olmaqla, Alimli Latviya və Yunanıstandan başqa qalanlarından qalib ayrılıb. Kokauri Latviya ilə qarşılaşmada rəqibi olmadığı üçün qalib sayılıb. O, sonrakı görüşlərində fransalı rəqibini yensə də, polşalıya uduzub. Məmmədov isə yeganə sınağında Yunanıstan təmsilçisinə yenilib.

Son xəbərlər

Orphus sistemi