Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub Cüdoçularımız Minsk turnirini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar
Komanda
23 İyul , 2017 23:09
Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

Bakı. 23 iyul. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.

"Report" xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımız bir gümüş və bir bürünc medal qazanıblar.

100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri finalda uduzaraq 2-ci yeri tutub.

Qadınlar arasında aparılan yarışda +78 çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Belarusda bürünc medala sahib olub. Beləliklə, cüdoçularımız Minsk turnirini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yarışın ilk günü Hidayət Heydərov və Nicat Şıxalizadə bütün rəqiblərinə qalib gələrək, Minskdə çempionluq sevinci yaşayıblar.

Azərbaycanın kişilərdən ibarət cüdo komandası Avropa açıq çempionatının qalibi olub.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi