Əsas və 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışlarına start verib.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, U-18-in İzmirdəki toplanışı martın 16-dək, əsas yığmanın İstanbuldakı hazırlıq prosesi isə martın 20-dək davam edəcək.
Milli komanda baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında yoxlama oyunları da keçirib. İlk görüşdə yerli "Nazilli Belediyespor"a 48:69 hesabı ilə uduzan komanda daha sonra "Karşıyaka Belediye"yə qalib gəlib - 75:70.
Yığma üçüncü qarşılaşmasında "Söke Belediyespor"u 84:72 hesabı ilə üstələyib.
U-18 isə məşqçilər Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərliyi ilə "Haznedar Doruk" kollektivinə 77:52, ÜNSPED basketbolçularına 71:68 hesabı ilə qalib gəlib.