Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti matçını keçirəcək

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti matçını keçirəcək Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda bu gün növbəti matçına çıxacaq.
Komanda
17 İyul , 2024 09:12
Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti matçını keçirəcək

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, B qrupunda yer alan ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda bu gün Niderland yığması ilə qarşılaşacaq.

Rumıniyadakı "Pitesti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi