Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda ilk matçlarına çıxacaqlar.
“Report” xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi, A qrupunda yer alan qızlardan ibarət yığma Ermənistan komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Milli növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.
Tahir Baxşıyevin baş məşqçisi olduğu, A qrupunda mübarizə aparan 16 yaşadək oğlanlardan ibarət yığma isə ilk görüşdə Albaniya ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Milli növbəti oyunlarını iyulun 10-da Moldova, 11-də Malta komandalarına qarşı keçirəcək.
Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.