Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol yığmalarının Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib.
"Report" xəbər verir ki, qadınların turnirində Azərbaycan millisi ilə yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcək.
Kişi basketbolçularımızın rəqibləri isə Avstriya (ev sahibi), Serbiya (2023-cü ilin qalibi), Litva, Hollandiya, Fransa, İspaniya və Xorvatiya komandaları olacaq.
Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha dörd komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, 9-cu dəfə keçiriləcək Avropa Kubokda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Azərbaycan milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək yarışın final mərhələsində oynamaq hüququna yiyələnib.