Yuxarı
    Bağlamaq

    Azərbaycanın 2 cüdoçusu Polşada bürünc medal qazanıb

    Varşavada cüdo üzrə Avropa çempionatı start götürüb

    Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürüb. 

    "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 idmançısı - Orxan Səfərov, Nicat Şıxəlizadə, Aişə Qurbanlı və Nəzakət Əzizova tatami üzərinə çıxıb. O.Səfərov və N.Şıxəlizadə bürünc medal qazanıblar.

    Ümumiyyətlə, Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq), aprelin 22-də isə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami üzərinə çıxacaq.

    Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.

    Kişilər

    60 kq

    Bürünc medal görüşü. Orxan Səfərov - Amiran Papinaşvili (Gürcüstan)

    Təsəlliverici görüş. Bəkir Özlü (Türkiyə) - Orxan Səfərov

    1/4 final. Orxan Səfərov - Robert Mşvidobadze (Rusiya)

    1/8 final. Orxan Səfərov - Matyaj Trboviç (Sloveniya)

    66 kq

    Bürünc medal görüşü. Nicat Şıxəlizadə - Dmitri Minkov (Belarus)

    1/2 final. Nicat Şıxəlizadə - Adrian Gomboç (Sloveniya)

    1/4 final. Nicat Şıxəlizadə - Kamal Xan-Maqomedova

    1/8 final. Nicat Şıxəlizadə - Yasper Lefevr (Belçika)

    1/16 final. Nicat Şıxəlizadə - Manuel Şeybel (Almaniya)

    Qadınlar

    48 kq

    1/8 final. Aişə Qurbanlı - Eva Çernovitski (Macarıstan)

    1/16 final. Aişə Qurbanlı - Gülkader Şentürk (Türkiyə)

    52 kq

    1/16 final. Nəzakət Əzizova - Reka Pupp (Macarıstan)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi