Yuxarı
    Bağlamaq

    Azərbaycanın 1 güləşçisi qızıl, 2 güləşçisi bürünc medal uğrunda yarışacaq

    Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq

    Bakı. 25 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

    "Report"un məlumatına görə, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulublar. 

    50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə ilk görüşündə Rusiya təmsilçisinə uduzsa da rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Türkiyə təmsilçisinə tam üstünlüklə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Son görüşdə rəqib Gürcüstan idmançısı olacaq. 

    74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ilk olaraq Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran Murad, yarımfinalda Litva təmsilçisini vaxtından əvvəl məğlub edib və finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisi ilə qarşılaşacaq. 

    96 kq-dakı təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov ardıcıl olaraq Moldova və Belarus idmançılarını məğlub edib. Yarımfinalda Gürcüstan təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz bürünc medal şansı qazanıb. Həlledici görüşdə onun rəqibi Almaniya təmsilçisi olacaq. 

    Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

    50 kq
    1/16 final - Georgiy Okorokov (RUS) - Əliabbas Rzazadə 6:5
    Təsəlliverici görüşƏliabbas Rzazadə - Sinan Yıldırım (TUR) 10:0
    Bürünc medal görüşü - Əliabbas Rzazadə - Giorgi Xaçidze (GEO)

    60 kq
    1/8 final - Gevorg Tadevosyan (ARM) - Əli Rəhimzadə 6:7
    1/4 final - Əli Rəhimzadə - Selim Kozan (TUR) 4:6
    Təsəlliverici görüş - Yaroslav Hurskiy (UKR) - Əli Rəhimzadə 5:4

    74 kq
    1/16 final - Murad Süleymanov - Pavlos Tsopouzidis (GRE) 10:0 (88 san.)
    1/8 final - Tariel Qafrindaşvili (GEO) - Murad Süleymanov 10:16
    1/4 final - Kamil Rıbiçki (POL) - Murad Süleymanov 3:7
    1/2 final - Andrius Mazeika (LTU) - Murad Süleymanov 0:10 (101 san.)
    FİNAL - Zaurbek Sidakov (RUS) - Murad Süleymanov

    96 kq
    1/8 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Dmitri Ceacusta (MDA) 5:3
    1/4 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Aliaksey Rudzianok (BLR) 9:3
    1/2 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Givi Matçaraşvili (GEO) 2:5
    Bürünc medal görüşü - İlya Matuhin (GER) - Məhəmmədrəsul Qazıməhəmmədov

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi