UNEC klubunun voleybolçusu: "Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır"

UNEC klubunun voleybolçusu: "Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır" Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir.
Komanda
12 Yanvar , 2025 11:49
UNEC klubunun voleybolçusu: Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır

Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir.

"Report"un məlumatına görə, bunu UNEC komandasının voleybolçusu Xədicə Hadızadə deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən gənc oyunçu cari mövsüm debüt etdiyi Yüksək Liqanı dəyərləndirib:

“Bu il ilk dəfədir ki, Yüksək Liqada çıxış edirəm. Çempionat çox maraqlı keçir. Rəqiblərimiz güclüdür, buna baxmayaraq, biz hər oyunda əlimizdən gələni edirik. Digər komandalarla müqayisədə UNEC-in heyəti daha gənc voleybolçulardan təşkil olunub. Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir".

Qeyd edək ki, UNEC Azərbaycan Yüksək Liqasında beş oyundan sonra sonuncu - altıncı pillədə qərarlaşıb. Komandanın hesabında xal yoxdur.

Son xəbərlər

Orphus sistemi