Yuxarı

Azərbaycan voleybol yığması Avropa Liqasında ikinci qələbəsini qazanıb

Rəqib Monteneqro olub

Bakı. 5 iyun. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, "B" qrupunda mübarizə aparan Faiq Qarayevin yetirmələri ikinci turda Monteneqro ilə qarşılaşıblar.

Avstriyalı Mixael Yanoş və bolqar Çavdar Marevin idarə etdikləri oyun Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 3:0. İlk oyunda Fransa üzərində də eyni hesablı qələbə əldə olunmuşdu. Qrupdakı digər oyunda İspaniya Fransaya qalib gəlib - 3:2.

Bununla da millimiz 2 turdan sonra 6 xalla vahid liderə çevrilib. Monteneqro 3 xalla 2-ci, İspaniya 2 xalla 3-cü, Fransa 1 xalla 4-cü pillədədir.

İlk dövrədə son turun oyunları iyunun 5-də keçiriləcək. Azərbaycanla İspaniya, Monteneqro ilə Fransa üz-üzə gələcək.  

Avropa Liqası, qrup oyunu, II tur

Azərbaycan - Monteneqro - 3:0 (25:21, 25:23, 25:22)
Bar. Topolika İdman kompleksi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi