Azərbaycan voleybol yığması Avropa çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan voleybol yığması Avropa çempionatında növbəti qələbəsini qazanıb Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.
Komanda
276
28 Avqust , 2019 19:56
Azərbaycan voleybol yığması Avropa çempionatında növbəti qələbəsini qazanıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun qarşılaşmasında rəqib Estoniya yığması olub. Budapeştdəki "Laslo Papp" arenasında baş tutmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25-20, 18-25, 25-22, 22-25, 15-11).

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda 4 oyundan 8 xalla 2-ci pilləyə yüksəlib. Azərbaycan eyni xala malik Xorvatiyanı setlərdəki qələbə sayında geridə qoyub.

Lakin hələlik növbəti mərhələyə vəsiqə verən ilk "4-lüy"ü təmin etmək mümkün olmayıb. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə Macarıstan Xorvatiyaya uduzsa, Azərbaycan yığması 1/8 finala yüksələcək. 

Son xəbərlər

Orphus sistemi