Azərbaycan voleybol millisinin üzvü: Qızıl Avropa Liqasında qrupdan çıxa bilərik

Azərbaycan voleybol millisinin üzvü: Qızıl Avropa Liqasında qrupdan çıxa bilərik Yaxşı oyun göstərə bilsək, qrupdan çıxa bilərik.
Komanda
15 May , 2024 13:08
Azərbaycan voleybol millisinin üzvü: Qızıl Avropa Liqasında qrupdan çıxa bilərik

Yaxşı oyun göstərə bilsək, qrupdan çıxa bilərik.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Elmin Alışanov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra deyib.

Blokçu turnirdə yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib: "Komanda idman növündə hər şey ola bilər. Bəzən güclü kollektivlərin oyunları alınmır və özlərindən zəif yığmalara uduzurlar. Biz də ölkəniz, millimiz üçün əlimizdən gələni edəcəyik".

"Hazırlıqlar normal davam edir. Ölkə çempionatı başa çatdıqdan sonra çox az vaxt olduğu üçün birbaşa yığmanın düşərgəsinə qatıldıq və məşqlərə qoşulduq. Legionerlər son bir həftədir ki, buradadırlar. Heyətimizdə bir çox gənclər də var. Rəqiblərimiz Avropanın sayılıb-seçilən komandalarıdır. Yaxşı oyun göstərməyə çalışacağıq", - deyə E.Alışanov vurğulayıb.

Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Son xəbərlər

Orphus sistemi