​Azərbaycan voleybol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub

​Azərbaycan voleybol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub Komanda Belçika millisinə quru hesabla yenilib
Komanda
28 Sentyabr , 2015 01:42
​Azərbaycan voleybol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Belçika və Niderlandda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir.

"Report" xəbər verir ki, “B” qrupunda yer alan Azərbaycan millisi Antverpen şəhərində ev sahibi Belçika ilə qarşılaşıb.

Komandanın qrupda ikinci oyunu da məğlubiyyətlə nəticələnib - 0:3 (25:17, 25:20, 27:25).

“B” qrupa hesabında 6 xalı olan Belçika liderlik edir. Türkiyə millisi 3 xalla ikinci yerdədir. Aktivlərində xal olmayan Azərbaycan və Macarıstan yığmaları isə üçüncü, dördüncü yerləri bölüşür.

İndi Azərbaycan millisi pley-off mərhələsinə yüksəlmək üçün Macarıstan yığmasına qalib gəlməlidir.

Qrupda sonuncu qarşılaşma sentyabrın 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi