Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub

Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub Bu, ardıcıl ikinci məğlubiyyət olub
Komanda
183
25 May , 2017 22:30
Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində II tur matçını keçirib.

"Report"un məlumatına görə, rəqib Almaniya yığması olub. Fransanın Lion şəhərində təşkil olunan A qrupunun oyunu Bundestimin qələbəsi ilə yekunlaşıb - 3:0. Azərbaycan millisi rəqibə birinci setdə ciddi müqavimət göstərsə də, rəqib üstün olub - 29:27. Sonrakı iki set isə eyni hesabla bitib - 25:18.

Beləliklə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə düçar olub. İlk turda Türkiyəyə məğlubiyyət qeydə alınmışdı - 0:3. İki turdan sonra xalsız olan Azərbaycan millisini qarşıdakı 3 gün ərzində Ukrayna, Fransa və İslandiya ilə də oyunlar gözləyir.  

Son xəbərlər

Orphus sistemi