Yuxarı

Azərbaycan voleybol klublarının Çempionlar Liqasında rəqibləri müəyyənləşib

Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçiləri "Lokomotiv", "Azərreyl" və "Telekom"un rəqibləri müəyyənləşib.

"Lokomotiv"lə "Azərreyl" A qrupunda bir-birinə rəqib olub. Onlarla birgə "Ştutqart" (Almaniya) və "Dinamo" (Kazan, Rusiya) da eyni qrupa düşüb.

"Telekom" isə E qrupunda "Drezdner" (Almaniya), "İmpel" (Polşa) və "Fənərbağça" ilə birgə yer alıb.

Digər qrupların tərkibi:

B qrupu: "Kalsit Kamnik" (Rumıniya), "Atom Trefl" (Sopot, Polşa), "İqor Qorqonzala" (Novara, İtaliya), "Vakifbank" (Türkiyə)

C qrupu: "Agel" Prostejov, Çexiya), "Ximik" (Polşa), "Pomi Kasalmaggiore" (İtaliya), "Eczacıbaşı" (Türkiyə)

D qrupu: "Uraloçka" (Rusiya), "Kann" (Fransa), "Volero" (Sürix, İsveçrə), "Vizura" (Belqrad, Serbiya)

F qrupu: "Dinamo" (Moskva, Rusiya), "Lö Kann" (Fransa), "Alba Blay" (Sloveniya), "Nordmekkanika" (Pyaçentsa, İtaliya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 27-dən 2016-cı il yanvarın 27-dək davam edəcək. Hər qrupda ilk 2 yeri tutacaq komandalar "pley-off"a yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi