Azərbaycan Voleybol Federasiyası məşqçilər üçün kurslar təşkil edəcək

Komanda
  • 08 avqust, 2024
  • 08:02
Azərbaycan Voleybol Federasiyası məşqçilər üçün kurslar təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.

Qurumdan "Report"a verilən məlumata görə, AVF bu dəfə mütəxəssislər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.

İlk kurs 9-12 avqust aralığında Qəbələ şəhərində baş tutacaq. Burada Oğuz Rayon Voleybol Klubunun tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər olacaq. Sonda imtahanda uğur əldə edən mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Dərslər FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme tərəfindən keçiriləcək.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda işləyə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti