Yuxarı

Azərbaycan taekvondoçuları Türkiyədə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

Fevralda Antalyada taekvondo üzrə klublar arasında üçüncü Avropa çempionatı təşkil ediləcək

BAKI. 18 yanvar. REPORT.AZ/ Fevralın 10-11-də Antalyada taekvondo üzrə klublar arasında üçüncü Avropa çempionatı təşkil ediləcək.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Avropa çempionatında Azərbaycan klublarını təmsil edən taekvondoçuların da iştirakı gözlənilir.

Fevralın 10-dan sonra isə gənclərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandasının seçim təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi