Azərbaycan Super Liqasının oyunları Qubada - FOTO

Azərbaycan Super Liqasının oyunları Qubada - FOTO Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib.
Komanda
13 Fevral , 2020 14:46
Azərbaycan Super Liqasının oyunları Qubada - FOTO

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 15-16 fevralda təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq. Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. 

Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır. Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Bu komanda “Azərreyl”i sınağa çəkəcək. 


Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək. Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq. Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək. 

Azərbaycan Super Liqası 

15 fevral 

16:00. UNEC – “Azərreyl” 

18:00. “Murov” – “Abşeron” 

16 fevral

16:00. “Abşeron” - UNEC 

18:00. “Azerreyl” – “Murov”

Son xəbərlər

Orphus sistemi