Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Super Liqasında ilk finalçı müəyyənləşib

    Telekomun finaldakı rəqibi isə martın 30-da məlum olacaq

    Bakı. 28 mart. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında ilk finalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Telekom" komandasıdır.

    "Rabitəçilər" "Lokomotiv"i ikinci yarımfinal matçında da yenməyi bacarıb. "Telekom"un finaldakı rəqibi isə martın 30-da müəyyənləşəcək. Həmin gün "Azəryol"la "Azərreyl" üçüncü dəfə yarımfinal qarşılaşmasında üz-üzə gələcək. Bugünkü görüşdə "dəmiryolçular" 2:3 hesabı ilə uduzub. Bununla da ümumi hesab bərabərləşib - 1:1.

    Azərbaycan Super Liqası

    II yarımfinal görüşləri

    "Azəryol" – "Azərreyl" - 3:2 (22:25, 27:25, 29:27, 20:25, 15:13) (ümumi hesab - 1:1)

    "Telekom" - "Lokomotiv" - 3:2 (25:21, 22:25, 25:20, 19:25, 16:14) (ümumi hesab - 2:0)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi