Yuxarı

​Azərbaycanın voleybol millisi Avropa Liqasının finalına vəsiqə qazanıb

Komanda Yunanıstan üzərində qələbə qazanıb

Bakı. 26 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Liqasının finalına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Faiq Qarayevin yetirmələri bu uğura yarımfinalda Yunanıstan üzərində hər iki oyunda qazanılan qələbə sayəsində nail olub.

Bu gün Bakının Voleybol Mərkəzində keçirilmiş cavab qarşılaşmasında millimiz ilk görüşdə olduğu kimi, 3:1 hesabı ilə qalib gəlib. İlk setdə rəqibin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri 25:22 hesabı ilə üstün olsalar da, növbəti setdə böyük fərqlə uduzublar - 9:25. Lakin sonrakı setlərdə komandamız çətinlik çəkmədən qələbəyə nail ola bilib - 25:15, 25:16.

Finalda Azərbaycanın rəqibi Slovakiya olacaq. Bu komanda yarımfinalda Sloveniyanı hər iki görüşdə yenib - 3:2, 3:1.

Həlledici qarşılaşmalar iyunun 30-da və iyulun 3-də keçiriləcək. Hələlik oyunların məkanı və başlama vaxtı müəyyənləşməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi