Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik

Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik. Komandama uğurlar arzulayıram.
Komanda
7 May , 2024 13:22
Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik

Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik. Komandama uğurlar arzulayıram.

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Aynur İmanova komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, təlim-məşq toplanışının gedişatını dəyərləndirib: "Azərbaycan çempionatı yeni başa çatıb. Tez bir zamanda millinin oyunçuları toplaşdılar. Bəzi legionerlər də buradadırlar. Komandanın əksər oyunçuları gəncdirlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Məşqlərimiz davam edir. Mayın 9-da Sloveniyada toplanışa start verəcəyik. Orada bəzi yoldaşlıq matçları da olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi