Biz bu turnirdə daha çox oyunda qalib gələ bilərdik.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Anastasiya Baydyuk Qızıl Avropa Liqasındakı çıxışları barədə danışarkən deyib.
Oyunçu qarşıdakı yarışlarda daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: "Təəssüflər olsun ki, bu dəfə qalibiyyətlərimiz müxtəlif səbəblərdən az oldu. Buna görə məyusuq. Lakin işləməyə davam etməliyik. Çünki yaxşı nəticələr əldə etmək niyyətindəyik. Hələ hər şey irəlidədir".
O, zədədən sonra yenidən yığmaya qayıtdığı üçün şad olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında keçirdiyi 6 matçın 4-də məğlub olub, 2-də qələbə qazanıb. Faiq Qarayevin yetirmələri 12 komanda arasında 7 xalla 8-ci olub.