Azərbaycan millisinin voleybolçusu: Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq

Azərbaycan millisinin voleybolçusu: Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq Biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq.
Komanda
14 May , 2024 22:08
Azərbaycan millisinin voleybolçusu: Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq

Biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq.

“Report” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Roman Qurskiy deyib.

Yığmamızın toppaylayıcısı Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib: "Mayın 17-də mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq. 1-ci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardır. Qarşılaşmalar çətin olacaq. Bu il yığma komandamızda gənc oyunçular da çoxdur. Əsas voleybolçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək. Mayın 19-da isə yığmamız Ukrayna ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi