​Azərbaycan millisinin Avropa Liqasındakı final matçlarının başlama vaxtı açıqlanıb

​Azərbaycan millisinin Avropa Liqasındakı final matçlarının başlama vaxtı açıqlanıb İlk oyun iyunun 30-da olacaq
Komanda
28 İyun , 2016 13:58
​Azərbaycan millisinin Avropa Liqasındakı final matçlarının başlama vaxtı açıqlanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Slovakiya ilə keçirəcəyi Avropa Liqasının final oyunlarının yeri və başlama saatı açıqlanıb. "Report"un məlumatına görə, ilk matç iyunun 30-da Nitra şəhərindəki idman sarayında olacaq. 

Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü serbiyalı Mirko Yankoviç və macarıstanlı Eva Tibor idarə edəcək.

Cavab görüşü isə iyulun 3-də Bakı İdman Sarayında baş tutacaq. İtaliyalı Corco Qnani və hollandiyalı Helena Geldofun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Yunanıstanı, Slovakiya Sloveniyanı məğlub edib.

Son xəbərlər

Orphus sistemi