Səkkiz il sonra kuboku yenidən Bakıya gətirmək çox sevindirici haldır.
Bunu “Report”a açıqlamasında Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda qızıl medal qazanmaları ilə bağlı danışarkən deyib.
Mütəxəssis komandanın Avropa çempionu olmaq arzusu ilə yaşadığını bildirib:
"Uşaqları neçə illərdir tanıyıram. Qalib gəldikdən sonra əsas da buna görə sevinirdim. Onlar məşq olmayan günlərdə də hazırlaşırdılar. Yığmamız son olaraq 2016-cı ildə Tahir Baxşıyevin rəhbərliyi altında titula sahib çıxıb".
Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçirilən final matçında Azərbaycan millisi Lüksemburqu 77:71 hesabı ilə məğlub edərək çempionluğu qazanıb.