Azərbaycan millisi Qızıl Avropa Liqasının hazırlığına start verib

Azərbaycan millisi Qızıl Avropa Liqasının hazırlığına start verib Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi fiziki məşqlərə start verib.
Komanda
17 Aprel , 2019 14:28
Azərbaycan millisi Qızıl Avropa Liqasının hazırlığına start verib

Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi fiziki məşqlərə start verib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bakı Voleybol Mərkəzindəki hazırlıq prosesinə yerli klublarda çıxış edənlər qatılıblar. Legionerlər isə aprelin 21-da başlayacaq təlim-məşq toplanışı zamanı yığmaya qoşulacaqlar.

Hazırda milli üzvləri köməkçi-məşqçilər Famil Ağayev və Vüqar Əliyevin rəhbərliyi altında məşq edirlər.

Qeyd edək ki, C qrupunda yer alan milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi