Azərbaycan millisi güləş üzrə Avropa çempionatını 8 medalla başa vurub

Azərbaycan millisi güləş üzrə Avropa çempionatını 8 medalla başa vurub Azərbaycanın yığma komandaları çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub
Komanda
13 Mart , 2016 23:36
Azərbaycan millisi güləş üzrə Avropa çempionatını 8 medalla başa vurub

Bakı. 13 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. "Report"-un məlumatına görə, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

Yunan-Roma güləşi üzrə yarışlarda 2 bürünc medal qazanılıb. Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Bu yığma ümumi komanda hesabında üçüncü yeri tutub.

Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan qadın güləşçiləri isə komanda hesabında 4-cü yeri tutub. Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qızıl, Yuliya Ratkeviç (60 kq) bürünc medala sahib olub.

Sərbəst güləş millisi isə 5-ci olub. Komanda üzvlərindən Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Hacı Əliyev (71 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi