​Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurub

​Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurub Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb
Komanda
24 İyul , 2016 21:25
​Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurub

Bakı. 24 iyul. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. 

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.

Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb.

Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

Son xəbərlər

Orphus sistemi