Azərbaycan milliləri Avropa çempionatında növbəti oyunlarını keçirəcəklər

Azərbaycan milliləri Avropa çempionatında növbəti oyunlarını keçirəcəklər Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət milliləri bu gün Avropa çempionatının "C" divizionunda növbəti oyunlarını keçirəcək.
Komanda
10 İyul , 2024 09:39
Azərbaycan milliləri Avropa çempionatında növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

"Report" xəbər verir ki, qızlardan ibarət komanda Gürcüstanla qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Evren Alkayanın rəhbərlik etdiyi kollektiv ilk görüşdə Ermənistan millisini 86:59 hesabı ilə məğlub edib. Qrupdakı növbəti oyun iyulun 11-də, Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.

Oğlanlardan ibarət yığma isə Moldova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Tahir Baxşıyevin komandası ilk oyunda Albaniya ilə üz-üzə gəlib və 56-60 hesabı ilə məğlub olub. Komanda A qrupundakı növbəti matçını iyulun 11-də, Bakı vaxtı ilə saat 16:30-da Malta yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.

Son xəbərlər

Orphus sistemi