Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır

Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır Azərbaycanın həndbol komandaları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.
Komanda
236
20 Oktyabr , 2020 13:09
Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır

Azərbaycanın həndbol komandaları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.

Federasiyadan "Report"a verilən məlumata görə, sentyabrdan başlanan və açıq havada təşkil olunan məşqlərdə 8 komanda iştirak edir.

Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımi səviyyəyə çatdırılmasıdır.

"İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da, müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi