Yuxarı

Azərbaycan klubunun voleybolçusu "Qalatasaray"a keçib

bolqarıstanlı orta sahə oyunçusu ilə 1 illik müqavilə bağlanılıb

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Telekom" klubunun üzvü Kristina Ruseva karyerasını Türkiyənin "Qalatasaray" komandasında davam etdirəcək. "Report"un məlumatına görə, 25 yaşlı bolqarıstanlı orta sahə oyunçusu ilə 1 illik müqavilə bağlanılıb.

Rusevanın adı ötən mövsüm də "sarı-qırmızılar"la hallanıb. 1,90 metr boya malik voleybolçu zərbə endirərkən, 3,05 metr hündürlüyədək yüksəlməyi bacarır.

Qeyd edək ki, Kristina Ruseva Bolqarıstanın MOİK (Sofiya), İtaliyanın "Berqamo" və "Modena", Türkiyənin "Nilüfer Belediyesi" komandalarının da formasını geyinib. O, hücumda qüvvətli olmaqla yanaşı, blok bacarığı ilə də tanınır. "Telekom" Azərbaycan Super Liqasını gümüş medalla tamamlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi