FIBA Avropa Kubokunda çıxış edən “Sabah”ın basketbolçusu Deandre Uilyams tarixə düşüb.
"Report" xəbər verir ki, 28 yaşlı oyunçu Belçika təmsilçisi "Spiru" (Belçika) ilə matçda 39 xal toplamaqla parketdə 76 faiz dəqiqlik nümayiş etdirən dördüncü oyunçu olub.
O, statistik göstəricilərə əsasən parketdə 43 effektiv hərəkətlə fərqlənib.
D.Uilyams bu göstəricilərlə Avropa Kubokunda ilk həftənin ən yaxşı oyunçusu adına namizədlər arasında yer alıb.