Yuxarı

Azərbaycan klubu kanadalı hücumçu ilə müqavilə bağlayıb

Kayla Riçi CEV Kubokunda mübarizə aparacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət "Azəryol" komandası CEV (Avropa Voleybol Konfederasiyası) Kuboku öncəsi yeni transferə imza atıb. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kanadalı voleybolçu Kayla Riçi ilə müqavilə bağlanılıb.

26 yaşlı hücumçu daha öncə Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub. 1.88 sm boya malik olan Riçi "Azəryol"un CEV Kuboku üçün sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Azəryol" CEV Kubokunda ilk görüşünü oktyabrın 28-də Rumıniyada "Tarqovitse" klubuna qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi