Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaq

Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaq Qarşılaşma İstanbulda keçiriləcək
Komanda
11 Yanvar , 2017 19:22
Azərbaycan klubu Fənərbağça ilə qarşılaşacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirəcək. 

"Report"un məlumatına görə, C qrupunun mübarizəsində rəqib Türkiyənin "Fənərbağça" klubu olacaq.

İlk turda hər iki komanda qələbə qazanıb. Bakı təmsilçisi evdə Polşanın "Dabrova Qornitsa" komandasına 3:1, İstanbul klubu isə səfərdə Fransanın "Sen-Rafael" komandasına 3:0 hesabı ilə qalib gəlib.

İlk oyunların nəticəsinə əsasən "Fənərbağça" qrupda birinci, "Azərreyl" isə ikinci pillədə qərarlaşıb. Bu gün İstanbulda qələbə qazanan qrup liderliyində möhkəmlənəcək.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

C qrupu

20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)

İstanbul. Burhan Felek Voleybol Salonu

"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib "Sen-Rafael" klubu olacaq.

Son xəbərlər

Orphus sistemi