Azərbaycan klubu Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycan klubu Çempionlar Liqasında mübarizəyə başlayır Bu gün Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verəcək.
Komanda
28 Noyabr , 2020 07:35
Azərbaycan klubu Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşacaq.

Afinadakı "Dias Sports Hall"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Oyunun əsas referisi uelsli Karl Hyuz olacaq. Ona həmyerlisi Valentin Syuplea və yunanıstanlı Konstantinos Farmakis kömək edəcək.

28 noyabr

Çempionlar Liqasının ilkin mərhələsi

16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan)

Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis

Afina, "Dias Sports Hall".

Qeyd edək ki, cütün qalibi 1 oyunla müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi