Yuxarı

​Azərbaycan - Hollandiya oyununun hakimləri açıqlanıb

Birinci hakim avstriyalı Cerald Baurnfeind olacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının play-off mərhələsində Azərbaycan və Hollandiya yığmaları arasında keçiriləcək cavab görüşünə hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, oyunun birinci hakimi avstriyalı Cerald Baurnfeind olacaq.

İkinci hakim qismində Ukraynadan olan Oleq İvanov meydana çıxacaq. Üçüncü hakim funksiyasını israilli Moşe Bohbot yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi