Yuxarı

​Azərbaycan güləşçisi Mariya Stadnik beynəlxalq turnirdə finala yüksəlib

İrina, Yuliya və Nadya bürünc uğrunda mübarizə aparacaq

Bakı. 15 fevral. REPORT.AZ/ İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilir. Qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edir.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 48 kq-da mübarizə aparan idmançımız Mariya Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib.

Finalda onun rəqibi yaponiyalı Kika Kaqata olacaq.

Digər idmançımız İrina Netreba (58 kq) Braziliyadan olan rəqibini üstələsə də, Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz həlledici görüşə çıxacaq. Son rəqib bolqar Taybe Yusein olacaq.

60 kq çəki dərəcəsində təmsilçimiz Yuliya Ratkeviç İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Rəqib Belarus idmançısı Anastasiya Huçok olacaq.

69 kq-da mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda argentinalı rəqibinə məğlub olub. Nadya Muşka (Sementsova) bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

Raqnetta Qurbanzadə (63 kq) isə, təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi