Yuxarı

​Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 11 medal qazanıb

Medallardan 3-ü qızıl, 4-ü gümüş və 4-ü bürüncdür

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb.

"Report"un məlumatına görə, ilk yarış günündə sərbəst güləş yarışları keçirilib.

Azərbaycan təmsilçiləri 8 çəki dərəcəsindən altısında finala yüksəlib. Onlardan Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) qızıl, Olimpiya çempionları Toğrul Əsgərov (70 kq) və Şərif Şərifov (97 kq), eləcə də Nurməhəmməd Hacıyevlə (86 kq) Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medal qazanıb.

Eyni zamanda Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97 kq) bürünc medala sahib olub.

Sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın pəhləvanı mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi