Bakı. 30 mart. REPORT.AZ/ Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın yunan-Roma güləşçiləri 1 gümüş, 2 bürünc medal qazanıb.
59 kq. çəki dərəcəsində Murad Məmmədov yalnız finalda rusiyalı Sergey Emelinə uduzaraq, gümüş medala sahib olub.
71 kq. çəkidə mübarizə aparan Ruhin Mikayılov bürünc medal uğrunda görüşdə macar Pal Kristian Kottesi, 80 kq-da yarışan Elton Vəzirzadə isə eyni ölkədən olan Zoltan Kerini məğlub edib.
Mübarizəyə 1/16 final mərhələsindən qoşulan Orxan Nuriyev (98 kq) isə 5-ci yerlə kifayətlənib.