​Azərbaycan gimnastları Avropa çempionatında gümüş və bürünc medal qazanıb

​Azərbaycan gimnastları Avropa çempionatında gümüş və bürünc medal qazanıb Kişi cütlüyü ilk pillədən 0.3 xal geri qalıb
Komanda
28 Sentyabr , 2015 19:43
​Azərbaycan gimnastları Avropa çempionatında gümüş və bürünc medal qazanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə yaş qrupları arasında Avropa yarışlarında Azərbaycanı təmsil edən kişi cütlüyü yarışı gümüş medalla başa vurub. "Report"un məlumatına görə, 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan cütlük final mərhələsində qarışıq hərəkətlərə görə hakimlərdən 27.650 xal alıb.

Nəticədə Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü fəxri kürsünün ikinci pilləsinə layiq görülüb. Cütlük 1-ci yeri əldə edən Rusiya duetindən cəmi 0.3 xal geri qalıb. 3-cü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.

Qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medala sahib çıxıb. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutub.

Son xəbərlər

Orphus sistemi