Yuxarı
    Bağlamaq

    Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılıb

    Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 3-cü yerə layiq görülüb

    Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənmiş üzv Federasiyalar arasında 3-cü yerə layiq görülüb. "Report"un məlumatına görə, bu qərar 2015-ci il fevralın sonunda BGF-nin Lozanna (İsveçrə) şəhərində yerləşən baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib.

    İllik mükafatlandırma proqramı federasiyaların beynəlxalq fəaliyyətlərinə (Dünya Kubokunda və ən azı 10 Dünya Kuboku mərhələlərində, BGF-nin Konqresi, BGF-nin Simpoziumu, məşqçilik Akademiyası və s.) və yuxarıda qeyd olunan yarışlara vaxtında qeydiyyatın aparılmasına əsasən fərqlənmiş qurumların mükafatlandırılması üçün təsis olunub.

    Mükafata layiq görülən ölkələr sırasına Belarusiya (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənən federasiyalara layiq görülən yerlərə əsasən BGF tərəfindən pul mükafatları təqdim olunacaq (1-ci yer - 15.000, 2-ci yer– 12.500, 3 -cü yer - 10.000, 4-cü yer – 7.500 və 5-ci yer – 5.000 İsveçrə frankı).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi