Yuxarı
    Bağlamaq

    Azərbaycan futzal yığması dünya çempionatında çıxışını başa vurub

    Milli komanda Portuqaliya yığmasına məğlub olub

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında bu gün Azərbaycan milli komandası 1/4 final görüşünə çıxıb. 

    "Report"un məlumatına görə, rəqib Portuqaliya yığması olub.

    Bakı vaxtı ilə gecə saat 3:00-da başlanan qarşılaşma Lima şəhərində təşkil olunub. Oyun maraqlı, gərgin mübarizə şəraitində keçib. Millimiz hesabda geridə düşsə də, tezliklə tarazlığı bərpa etməyə müvəffəq olub. Ancaq bundan sonra 2 top buraxan Azərbaycan yığması çətin vəziyyətə düşüb. Futzalçılarımız bu qollardan birini əvəzini çıxsa da, məğlubiyyətdən xilas ola bilməyiblər.

    Bununla da 2:3 hesabı ilə uduzan Azərbaycan yığması debüt etdiyi dünya çempionatının final mərhələsində mübarizəni 1/4 finalda dayandırıb.

    Xatırladaq ki, millimiz bu oyuna 3 ciddi itki ilə çıxıb. Qapıçı Rövşən Hüseynli, eləcə də braziliyalı legionerlər Vassura və Fineo sarı vərəqə ilə cəzalandırıldıqlarından oynamayıblar.

    Qeyd edək ki, yığmamız qrup mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəldikdən sonra İspaniyaya 2:4 hesabı ilə uduzub, İranla 3:3 hesablı heç-heçəyə nail olub və F qrupunda 4 xalla 2-ci yeri tutub. 1/8 finalda isə Miltinun baş məşqçi olduğu komanda əlavə vaxtda Taylandı mübarizədən kənarlaşdırıb - 13:8.

    Portuqaliya isə Kolumbiya ilə 1:1 hesablı heç-heçədən sonra Panamaya 9:0, Özbəkistana 5:1 hesablı qələbədən sonra 7 xalla A qrupunun lideri kimi mərhələ adlayıb. 1/8 finalda bu komanda Kosta Rikanı da üstələyib - 4:0.

    Dünya çempionatı, 1/4 final

    26 sentyabr

    03:00: Azərbaycan - Portuqaliya - 2:3

    Qollar: Tyaqo Bolinha, 13, Eduardo, 35 - Djo, 8, Joao Matos, 18, Rikardinyo, 28

    Azərbaycan: 1. Emin Kürdov, 3. Tyaqo Bolinha, 6. Eduardo, 9. Fabio Poletto, 13. Qallo

    Ehtiyat oyunçular: 2. Elnur Zamanlı, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Vitali Borisov

    Baş məşqçi: Miltinyo

    Portuqaliya: 1. Bebe, 3. Bruno Koelho, 7. Kardinal, 9. Joao Matos, 10. Rikardinyo (k)

    Ehtiyat oyunçular: 12. Vitor Huqo, 14. Kristiano, 2. Andre, 4. Migel Kastro, 5. Fabio Cecilio, 6. Pedro Kari, 8. Djo, 11. Re, 13. Tyaqo Brito

    Baş məşqçi: Jorje Braz

    Hakimlər: Serxio Karrera (Kuba), Jose Katemo (Anqola), Xalid Hniş (Mərakeş)

    Kali, "Coliseo el Pueblo". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi