Yuxarı
    Bağlamaq

    Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb

    Komandamız yarışı bürünc və gümüş medal ilə başa vurub

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.

    Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medalını qazanıb.

    Ölkəmizi 100 kq. çəki dərəcəsində təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. O, yarımfinalda Türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.

    Qeyd edək ki, ötən gün daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi