Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçuları Avropa birinciliyində 2 medal qazanıb

    Milli komanda turnirdə 14 cüdoçu ilə təmsil olunur

    Bakı. 10 noyabr. REPORT.AZ/ Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.

    “Report” xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.

    Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

    Qeyd edək ki, 40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi