Azərbaycan çempionatının oyunları təxirə salınıb

Azərbaycan çempionatının oyunları təxirə salınıb Yanvarın 14-də qadın voleybolçular arasında keçirilməli olan Azərbaycan Super Liqasının I dövrəsinin oyunları təxirə salınıb.
Komanda
14 Yanvar , 2022 12:52
Azərbaycan çempionatının oyunları təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməsi planlaşdırılan I dövrənin növbəti oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında “Azərreyl” - “Abşeron” və UNEC – “Murov” qarşılaşmaları gerçəkləşməli idi.

Qeyd edək ki, kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.

Son xəbərlər

Orphus sistemi