Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək Azərbaycan Basketbol Liqasında XI turun son iki qarşılşaması bu gün baş tutacaq.
Komanda
19 Yanvar , 2025 09:30
Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında XI turun son iki qarşılşaması bu gün baş tutacaq.

"Report" xəbər verir ki, turun son oyunları B qrupunda keçiriləcək.

"Şəki" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Hazırda Şəki klubu qrupda 18 xalla ikinci pillədədir. Beşinci yerdə olan "Quba"nın isə 13 xalı var.

Lənkəran Olimpiya İdman Kompleksində "Lənkəran" "Gəncə"ni qəbul edəcək. Gəncə təmsilçisi 17 xalla üçüncüdür. "Lənkəran" isə 12 xalla sonuncu - altıncı yerdədir.

Hər iki oyun saat 14:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77, "Neftçi" "Naxçıvan"ı 73:63 hesabı ilə məğlub edib. B qrupunda isə "Ordu" "Sumqayıt" üzərində qələbə qazanıb - 89:82.

Son xəbərlər

Orphus sistemi