Azərbaycan Basketbol Liqası: Bu gün daha iki oyun baş tutacaq
Komanda
- 18 mart, 2025
- 09:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasının XIX turunda bu gün daha iki oyun baş tutacaq.
“Report” xəbər verir ki, B qrupunda “Ordu” “Lənkəran”la qarşılaşacaq.
“Ordu” hazırda qrupda 29 xalla üçüncüdür. Sonuncu - altıncı pillədə qərarlaşan “Lənkəran”ın 21 xalı var.
A qrupunda isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək. “Naxçıvan” hazırda 30 xalla qrupda ikincidir. Dördüncü olan “Abşeron”un 25 xalı var.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. “Ordu” - “Lənkəran” görüşü saat 16:00-da, “Naxçıvan” - “Abşeron” matçı isə 19:00-da başlayacaq.
Qeyd edək ki, 19-cu turun ötən gün keçirilən "Sumqayıt" - "Quba" görüşü meydan sahiblərinin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
20:37
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Digər ölkələr
20:27
Video
Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb
Daxili siyasət
20:24
Viktor Osimhen zədə səbəbindən bir müddət "Qalatasaray"a kömək edə bilməyəcək
Futbol
20:22
Monteneqro Aİ-yə üzvlük danışıqlarının daha iki fəslini bağlayıb
Digər ölkələr
20:10
Video
"Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb
Xarici siyasət
20:09
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Region
20:04
Foto
Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib
Region
19:57
"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib
İncəsənət
19:56
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Futbol