Azərbaycan Basketbol Federasiyası beynəlxalq videokonfransda iştirak edib

Azərbaycan Basketbol Federasiyası beynəlxalq videokonfransda iştirak edib Bu gün Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib.
Komanda
29 Aprel , 2020 18:53
Azərbaycan Basketbol Federasiyası beynəlxalq videokonfransda iştirak edib

Bu gün Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib.

"Report"un Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmi saytına istinadən məlumatına görə, onlayn konfransda koronavirus pandemiyasının nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.

Onlayn konfransda çıxış edən ABF prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət və Azərbaycan hökumətinin bu xəstəliyin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat verib. Nadir Nəsibov həmçinin bu vəziyyətdə Azərbaycan Basketbol Federasiyasının ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Onlayn konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, FIBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pyer Suitat, vitse-prezidentlər Karmen Tokala və Con Qonsalves, icraçı direktor Kamil Novak iştirak ediblər.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov üzv olduğu FİBA Avropa kiçik ölkələrinin komissiyasının onlayn konfransında iştirak edib.

Son xəbərlər

Orphus sistemi